...

İlin sonunadək Azərbaycanda analoq TV yayım dayandırılacaq

Telekommunikasiya Materials 16 Aprel 2012 12:26 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilin sonunadək analoq TV yayımdan rəqəmsal formata tədrici keçidi məqsədəuyğun hesab edir.
İlin sonunadək Azərbaycanda analoq TV yayım dayandırılacaq

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilin sonunadək analoq TV yayımdan rəqəmsal formata tədrici keçidi məqsədəuyğun hesab edir. Trend-in məlumatına görə, bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Respublika ərazisində DVB-T rəqəmsal televiziya standartının tətbiqi və genişləndirilməsi məsələsi nazirlikdə sahə müəssisələrinin rəhbərlərinin iştirakı ilə müzakirə olunub.

Rəqəmsal formata keçid Milli Televiziya və Radio Şurası ilə razılaşdırılmalıdır.

Bundan başqa, müzakirələrdə rəqəmli TV yayımının stimullaşdırılması üçün ölkəyə rəqəmli televizor və çevirici qurğuların gətirilməsi və ölkədə istehsalı ilə bağlı zəruri tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması qeyd olunub.

Eyni zamanda qarşıya qoyulan məqsədə nail olunması üçün rəqəmli yayımın üstünlükləri və keçidin həyata keçirilməsi ilə bağlı əhalinin maarifləndirilməsinin vacibliyi vurğulanıb.

Hazırda nazirliyin hesablamalarına görə, respublika əhalisinin 85 faizi qərəmsal TV siqnalı ilə əhatə olunub. İlin sonunadək bunun 100 faiz təşkil edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti