...

Azərbaycanda Proqram Təminatı İstehsalçıları Assosiasiyası fəaliyyətə başlayır

Telekommunikasiya Materials 25 Dekabr 2012 14:11 (UTC +04:00)
Azərbaycanda Proqram Təminatı İstehsalçıları Assosiasiyası (BSA) öz işinə başlayır.
Azərbaycanda Proqram Təminatı İstehsalçıları Assosiasiyası fəaliyyətə başlayır

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda Proqram Təminatı İstehsalçıları Assosiasiyası (BSA) öz işinə başlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Microsoft" şirkətinin Azərbaycanda nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müəllif hüquqlarının qorunması, informasiya məkanının təhlükəsizliyi, ticarət və elektron kommersiyaya dəstək verilməsinə istiqamətlənmiş təşəbbüslər sayəsində BSA proqramı yüksək texnologiyalar sahəsində innovasiyaların inkişafına yardım edir.

"IDC-nin araşdırmalarına əsasən, hazırda Azərbaycanda proqram təminatının 87 faizi lisenziyasız istifadə edilir. İstifadə edilən qeyri-lisenziyalı proqram təminatınıın kommersiya dəyəri 67 milyon dollar qiymətləndirilib və bu, iş yerlərinin açılmasına mane olaraq və hökuməti vergi daxilolmalarından məhrum edərək Azərbaycan iqtisadiyyatına və yerli IT-biznesə böyük ziyan vurur", - Hacıəlibəyov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti