...

Argentina Azərbaycana kosmik sənaye sahəsində əməkdaşlıq təklif edir

Telekommunikasiya Materials 1 Mart 2013 15:20 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir H.Vəliyev/

Argentina INVAP S.E. şirkəti Azərbaycan tərəfinə kosmik sənaye sahəsində əməkdaşlıq təklif edib. Bu barədə Trend-ə cümə günü telekommunikasiya sektorundakı mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, bu günlərdə INVAP S.E. nümayəndələri Bakıda səfərdə olub. Şirkətin vitse-prezidenti Xuan Pablo Ordonez "Azərkosmos" ASC rəhbərliyi ilə danışıqlar aparıb, xidmətlər və kosmik sənaye haqqında məlumatlarla tanış olub.

Ordonez görüş zamanı kosmik sənaye sahəsində ASC ilə əməkdaşlığa hazır olduqlarını, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və bu sahədə kadrların hazırlanmasında birgə fəaliyyətə başlaya biləcəklərini bildirib.

INVAP S.E şirkəti nüvə, kosmik, energetika, tibbi sənaye sahələrində yüksəktexnologiyalı layihələr reallaşdırır. Dünyanın 30-dan çox ölkəsinə avadanlıqlar tədarük edən şirkətin Avstraliya, Braziliya, Venesuela, Misir və ABŞ-da xarici ofis və filalları fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti