...

Azərbaycanda "e-commerce" bazarının həcmi 1,7 dəfə artıb

Telekommunikasiya Materials 12 Avqust 2013 12:43 (UTC +04:00)
Yanvar - iyul aylarının yekunları üzrə Azərbaycanda "elektron kommersiya" ("e-commerce") bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 1,3 milyon manat təşkil edib.
Azərbaycanda "e-commerce" bazarının həcmi 1,7 dəfə artıb

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir E.Əliyev/

Yanvar - iyul aylarının yekunları üzrə Azərbaycanda "elektron kommersiya" ("e-commerce") bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 1,3 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

"E-commerce"in iştirakçıları elektron kommersiya fəaliyyətini həyata keçirən və mal və xidmətlərin alıcıları olan hüquqi və fiziki şəxslərdir.
Ötən dövr ərzində satışların 86,1 faizi hüquqi şəxslər, qalan hissəsi isə fiziki şəxslər tərəfindən həyata keçirilib.

2013-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət bazarında əhaliyə 10,7 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çox müxtəlif istehlak malları satılıb. İstehlak mallarının 52,1 faizini ərzaq, 47,9 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz bəndi artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti