...

Azərbaycan MDB ölkələrinin HP intellektual klubunun ilk iclasında iştirak edib

Telekommunikasiya Materials 25 Oktyabr 2013 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Kiyevdə Azərbaycan, Qazaxıstan, Belarus və Ukrayna jurnalistlərinin iştirakı ilə MDB ölkələrinin HP intellektual klubunun ilk iclası keçirilib.

Klubun iclasını giriş sözü ilə açan Rusiyanın tanınmış jurnalisti Artyom Korolyov müasir qadjetlər vasitəsilə işin istirahətlə uyğunlaşdırılması və müvəfəqiyyət qazanılması barədə danışıb: "2020-ci ildə işə götürənlər kommunikasiya bacarığı olan, ixtilafları həll edə bilən, optimal həllərin axtarışına yönəldilmiş, dayanıqlı və çevik, kosmopolit və müxtəlif mədəniyyət və dünya trendlərini anlayan mütəxəssislərə üstünlük verəcək".

Tədbirin ikinci hissəsi İT mövzusunu əhatə edən breyn-rinq formatında keçirilib. Jurnalistlər arasında yüksək texnologiyalar eksperti adı uğrunda yarış təşkil olunub, oyunun ortalarında isə "Android" bazasında hazırlanan, əyləncə və iş üçün nəzərdə tutulan yrni "HP SlateBook 10 x2" noutbuk-transformerin təqdimatı keçirilib.

Tamölçülü klaviaturalı məhsuldar noutbuk asanlıqla mobil planşetə transformasiya olunur ki, nəticədə bu planşeti biznes görüşlərə, istirahətə götürmək olur və bu qurğu ilə daim iri şəhər ritmində qalmaq mümkündür.

HP-nin Ukraynada kateqoriya meneceri Viktor Qunçenko deyib: "Müasir istifadəçilər internetə qoşulmuş rahat qurğu vasitəsilə məlumatları maneəsiz əldə etmək və bu məlumatla istənilən yerdə və istənilən vaxt bölüşməyə üstünlük verir. Bizim yeni noutbuk effektiv iş və rahat əyləncə üçün lazımi mobilliyi təmin edir".

"HP SlateBook 10 x2" - "NVIDIA Tegra" mobil prossesorla təcjiz edilmiş və çıxarıla bilən ilk kompüterdir. Noutbuk daha artıq real simulyasiya oyunlarını, veb-səhifələrin tez yüklənməsini, videonun HD formatında baxılmasını və "TegraZone"un əlavələrini təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti