...

Azərbaycanda sərhəd-buraxılış məntəqələri üçün elektron növbələr sistemi təqdim olunacaq

Telekommunikasiya Materials 23 Noyabr 2013 14:25 (UTC +04:00)
"B.E.S.T. Solutions"ın rəsmi tərəfdaşı olan "GoSwift" şirkəti BakuTel-2013 sərgisi çərçivəsində sərhəd-buraxılış məntəqələri üçün elektron növbələr sistemini təqdim etməyə hazırlaşır.
Azərbaycanda sərhəd-buraxılış məntəqələri üçün elektron növbələr sistemi təqdim olunacaq

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir H.Vəliyev/

"B.E.S.T. Solutions"ın rəsmi tərəfdaşı olan "GoSwift" şirkəti BakuTel-2013 sərgisi çərçivəsində sərhəd-buraxılış məntəqələri üçün elektron növbələr sistemini təqdim etməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan-Estoniya Ticarət Palatasının rəhbəri, "B.E.S.T. Solutions" şirkətinin təsisçisi Yana Krimpe bildirib.

Sistem 2-5 dekabrda keçiriləcək sərgi çərçivəsində Estoniyanın milli stendində təqdim olunacaq.

Y.Krimpenin sözlərinə görə, sistem sərhədi keçmək üçün qabaqcadan onlayn növbə tutmaqdan ötrü nəzərdə tutulub. Onun tətbiqi sərhəddə növbələrin azalmasına və yük daşıyanların və turistlərin sərhədi keçməsini asanlaşdırmağa yardım edir.

Y.Krimpe deyib: "Hazırda elektron növbə sistemi Estoniyada, Litvada və Rusiyada uğurla tətbiq olunur. Biz ümid edirik ki, "GoSwift" sistemi ilə Azərbaycanda da maraqlanacaqlar".

Qabaqcadan növbə tutma xidmətindən istifadə etmək üçün sərhəd-keçid məntəqəsini mütləq göstərmək, təyin edilmiş vaxtda sərhəd məntəqəsində olmaq və öz növbəni gözləmək vacibdir. Daha sonra elektron lövhədə avtomobilin qeydiyyat nömrəsinin olduğu informasiya görünür. Bundan sonra buraxılış məntəqəsini keçmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti