...

"Windows Phone" informasiya təhlükəsizliyi sertifikatlarını əldə edib

Telekommunikasiya Materials 23 Yanvar 2014 13:40 (UTC +04:00)
"Microsoft" korporasiyasının "Windows Phone 8" əməliyyat sistemi üzərində işləyən smartfonlaq daha təhlükəsiz olduğunu təsdiq edib.
"Windows Phone" informasiya təhlükəsizliyi sertifikatlarını əldə edib

Azərbaycan, Bakı, 23 yanvar/Trend/

"Microsoft" korporasiyasının "Windows Phone 8" əməliyyat sistemi üzərində işləyən smartfonlaq daha təhlükəsiz olduğunu təsdiq edib. Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, belə ki, bu smartfonlar (ƏS) FIPS 140-2 (İnformasiya Emalının Federal Standartları) üzrə bütün 9 təhlükəsizlik tələblərinə cavab verən sertifikaları əldə edib.

Bu sertifikatlar ABŞ və Kanadada dövlət müəssisələrində və hökumətdə çalışan əməkdaşlara "Windows Phone" ƏS-lə olan smartfonlardan istifadə etmək imkanını yaradıb. FIPS sertifikatlarını əldə etmək üçün smartfon müəyyən təhlükəsizlik standartlarına cavab verməli, həmçinin, məlumatın saxlanması və təhlükəsiz ötürülməsi üçün proqram və aparat şifrələnməsi ilə təmin etməlidir. Bu sertifikatlar smartfonlardan yalnız dövlət müəssisələrində deyil, eyni zamanda daxili məlumatların qorunmasında və məxfiliyində maraqlı olan bütün müəssisələrdə istifadə etmək imkanını yaradır. Məsələn, "Shell" şirkəti Braziliyada bütün əməkdaşlarını "Windows Phone" smartfonları ilə təchiz edib.

Bu ilin ilk yarısında "Windows Phone 8.1" ƏS "Enterprise Feature Pack" əldə edəcək ki, bura iş adamları üçün VPN (şəxsi virtual şəbəkə) kimi vacib funksiyalar daxildir.

Qeyd edək ki, "Windows Phone 8" ƏS "Kernel Mode Cryptographic Primitives Library" (CNG.SYS), "Cryptographic Primitives Library" (BCRYPTPRIMITIVES.DLL), "Enhanced DSS" və "Diffie-Hellman Cryptographic Provider" (DSSENH.DLL), "Enhanced Cryptographic Provider" (RSAENH.DLL), "Boot Manager", "BitLocker Windows OS Loader" (WINLOAD), "Code Integrity" (CI.DLL), "BitLocker Windows Resume" (WINRESUME) və "BitLocker Dump Filter" (DUMPFVE.SYS) sertifikatlarını əldə edib.

Xatırladaq ki, 2014-cü il yanvarın 1-dən Milli Məclisdə smartfon, o cümlədən kamera və internet-brauzeri olan telefonlardan istifadəsinə qadağa qoyulub. Bu qərar parlament binasının xüsusi rejimli obyekt olduğu və bir çox ölkədə bu praktikadan istifadə edilməsi faktı ilə əlaqədardır.

1975-ci ildə təsis edilmiş Microsoft korporasiyası proqram təminatı istehsalında dünya lideridir. Microsoft korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. Microsoft korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti