...

Gec olsun, güc olsun: "Windows XP" sistem risklərini azaltmağın 5 yolu

Telekommunikasiya Materials 7 Aprel 2014 17:33 (UTC +04:00)
"Windows XP"-nin gözlənilən bitmə müddətinə baxmayaraq, təşkilatların bir çoxu 13 yaşlı bu əməliyyat sistemindən "Microsoft"un dəstəyi olmadan belə istifadə etməyə davam edirlər. Bu barədə şirkətdən Trend-ə daxil olan məlumatda deyilir.
Gec olsun, güc olsun: "Windows XP" sistem risklərini azaltmağın 5 yolu

Azərbaycan, Bakı, 7 aprel /Trend/

"Windows XP"-nin gözlənilən bitmə müddətinə baxmayaraq, təşkilatların bir çoxu 13 yaşlı bu əməliyyat sistemindən "Microsoft"un dəstəyi olmadan belə istifadə etməyə davam edirlər. Bu barədə şirkətdən Trend-ə daxil olan məlumatda deyilir.

Bir çox xəbərdarlıqlara rəğmən, XP dünyanın ən məşhur ikinci əməliyyat sistemi olmaqda davam edir və "NetMarketShare"in yaydığı məlumata əsasən, bu əməliyyat sistemini dünya kompüter istifadəçilərinin ¼ hissəsi istismar edir.

Təəssüf ki, "Windows XP" kimi məşhur əməliyyat sisteminin texniki dəstəyinin dayandırılması nəticəsində bu sistemdən davamcıl istifadə edənlər üçün bir sıra təhlükəsizlik problemləri yaranacaq. Cari ilin aprelin 8-dən etibarən XP üçün sistem boşluqlarına qarşı yenilənmələr qəbulu dayandırılacaq.

XP sistemindən istifadəyə davam edənlər üçün daha bir pis xəbər ondan ibarətdir ki, daha müasir əməliyyat sistemi üçün nəzərdə tutulan və sistemlər arasında paylaşdırılan oxşar arxitektura və bazaya malik gələcək təhlükəli proqramlar, XP sisteminin daha asanlıqla hücumlara məruz qalmasına gətirib çıxaracaq.
Beləliklə, real risklərin dərk edilməsi və onların azaldılması sahəsində addımların atılması təşkilatlar üçün ən mühüm məsələlərdəndir.

1. XP sistemini yeniləmək və ya əvəz etmək. Bir çox şirkətin XP əməliyyat sistemi ilə bağlı təhlükələri azatlmaq üsulları axtardıqları halda, bu sistemi dəyişmək daha asan olardı; çünki gec və ya tez "Windows" sistemləri köhnəlməyə məhkumdurlar.
2. "Microsoft"un xüsusi dəstəyinin əldə edilməsi. Aprelin 8-dən sonra "Microsoft" korporasiyası XP sistemləri üçün yeniləmələr təhçizatını davam etsə də, bu imkan yalnız premium dəstək paketi əldə edənlər üçün əlçatan olacaq. Şirkətlər ən qısa müddətdə XP sistemindən imtina etmək tövsiyə olunduqlarına baxmayaraq, "Microsoft" bu sistemlər üçün 200 ABŞ dolları məbləğində dəstək paketi təklif edəcək.
3. XP sistemlərinin izolyasiyası. XP-nin tam təhlükəsizliyini təmin etmək üçün onu bütün şəbəkə bağlantılardan kəsmək və istifadəçiləri pozmaq gərəkdir; təbii ki, bu sistemin qeyri-funksionallığı ilə nəticələnəcək. Bu vəziyyətdən çıxış, xarici şəbəkə bağlantıları və daxili kommunikasiyanı yalnız məlum və təhlükəsiz portlar və protokollar vasitəsi ilə yönəltməkdən ibarət ola bilər. Buna isə şəxsi və şəbəkə fayervolları, ruter yoxlama-keçid listi, proksi məhdudiyətləri və VLAN ünvanlarının izolyasiyasından ibarət olan texnika kombinasiyalarından istifadə etməklə nail olunur. Lakin belə üsulun qiyməti XP sisteminin dəyişmək qiymətindən daha baha başa gələcək, eyni zamanda daha az funksional imkanlara malik olacaq.
4. Prioritet yenilənmələr. Şirkətin ölçülərindən asılı olaraq, XP-dən tam imtina etməyə ehtiyac olmaya da bilər. Məsələ yalnız bəzi əhəmiyyətli məlumatlar olan sistemlərin yenilənməsi ilə sadələşdirilə bilər.
5. "Windows XP" rejimini unutmayaq. Yeni əməliyyat sisteminə keçidi rahatlaşdırmaq üçün "Windows 7"də "Windows XP" rejimi mövcuddur. Təəssüf ki, bu rejim də nəticədə "Windows XP" kimi təhlükə mənbəyinə çevrilə bilər və ona görə "Microsoft" ondan yalniz söndürülmüş internetlə istifadə etməyi tövsiyyə edir.

Başqa üsulların olmadığı halda, yuxarıda təsvir edilənlər dəstəklənməyən əməliyyat sisteminin istifadəsi ilə bağlı olan təhlükələri azalda bilər. Bununla belə, təhlükəsizliyin qayğısına qalanlar nə etmək lazım olduğunu bilirlər.

1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti