...

Azərbaycanda müəllimlərin beynəlxalq sertifikatlaşdırılması məqsədilə Microsoft İT Akademiyası açılıb

Telekommunikasiya Materials 28 Aprel 2014 14:51 (UTC +04:00)
Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan və Microsoft şirkəti ilə əməkdaşlıqda Mədəd Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikatlaşdırılması” layihəsi çərçivəsində Mədəd Azərbaycan təşkilatı nəzdində Microsoft İT Akademiyası açılmışdır.
Azərbaycanda müəllimlərin beynəlxalq sertifikatlaşdırılması məqsədilə Microsoft İT Akademiyası açılıb

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan və Microsoft şirkəti ilə əməkdaşlıqda Mədəd Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikatlaşdırılması" layihəsi çərçivəsində Mədəd Azərbaycan təşkilatı nəzdində Microsoft İT Akademiyası açılmışdır. Bu barədə bazar ertəsi Microsoft Azerbaijan şirkətinin məlumatında deyilir.
2014-cü ilin əvvəlində icrasına başlanılan bu innovativ layihə ingilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə yönəlib və 3 əsas komponentdən ibarətdir:
1. İKT-nin təhsildə tətbiqinə və layihə metodikasına əsaslanan təlimlər və təlimə müvafiq beynəlxalq sertifikatlaşdırma;
2. İngilis dilinin pedaqogikası və Cambridge universitenin "Tədris Bilik və Bacarıqları" təlimi metodikası üzrə distant təlim və təlimə müvafiq beynəlxalq sertifikatlaşdırma;
3. Microsoft İT Akademiyası vasitəçiliyi ilə Microsoft "Sertifikatlaşdırılmış Təhsil İşçisi" istiqamətində distant təlim və təlimə müvafiq beynəlxalq sertifikatlaşdırma.

Mədəd Azərbaycan təşkilatı müasir informasiya-kommunikasiya vasitələrinin tətbiqi üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində bir sıra layihələri icra edən və təhsilin inkişafında xüsusi xidmətləri olan bir təşkilatdır. Elə bu məqsədlə də, məhz Mədəd Azərbaycan təşkilatının nəzdində Microsoft İT Akademiyası yaradılmış və Azərbaycanda müəllimlərin və digər pedaqoji heyətin Microsoft təhsil proqramları üzrə sertifikasiyasına mərkəz kimi inkişafı nəzərdə tutulmuşdur. Microsoft İT Akademiyasının proqramlarında iştirak etməklə, müəllimlər İKT-dən tədris aləti kimi istifadə üzrə əhatəli bilik və bacarıqlara yiyələnəcək və şagirdlərin təhsil prosesində uğur əldə etmələri üçün müxtəlif tədris alətləri ilə tanış olacaqlar.
Microsoft İT Akademiyası Microsoft səlahiyyəti çərçivəsində yüksək keyfiyyətli təlim kurslarından keçməyə imkan yaradır. Birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda ingilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə yönəlmiş layihə zamanı Microsoft İT Akademiyasının təşkil etdiyi təlimlərdən uğurla keçən müəllimlər sənaye imtahanı verəcək və "Microsoft Certified Educator" ("Microsoft Sertifikatlaşdırılmış Təhsil İşçisi") beynəlxalq dərəcəli sertifikatı ilə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti