...

Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin "EuraCA"-ya cəlb olunması qərara alınıb

Telekommunikasiya Materials 20 May 2014 09:57 (UTC +04:00)
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) 20-ci konfransında iştirak edib.
Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin "EuraCA"-ya cəlb olunması qərara alınıb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir H.Vəliyev/

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) 20-ci konfransında iştirak edib.

Trend-in məlumatına görə, Körfəz ölkələrinin İKT sahəsində fəaliyyət göstərən dövlət rəsmiləri, o cümlədən beynəlxalq təşkilat və elmi tədqiqat təsisatları nümayəndələrinin qatıldığı konfrans e-hökumət, e-xidmətlər və digər müasir İKT həllərinin mübadiləsi, mövcud təcrübənin bölüşdürülməsi, əməkdaşlıqda yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Açılış mərasiminə əsas məruzəçi kimi dəvət olunmuş Ə.Abbasov regionda və Azərbaycanda son illər İKT sahəsində aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı tədbirlərdən, həmçinin əldə olunan nailiyyətlərdən danışıb. Əsasən regional layihələrə toxunan nazir ölkəmizin bu gün böyük transmilli layihə - BMT-nin Baş Assambleyasının qətnaməsi ilə növbəti dəfə siyasi dəstək almış "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan "Avrasiya Rabitə Alyansı" (Eurasian Connectivity Alliance - EuraCA) üzrə koordinator olduğunu vurğulayaraq, KƏŞ-ə üzv dövlətlərin bu layihələrdə iştirakının mümkün, eyni zamanda, faydalı olacağını diqqətə çatdırıb. Avrasiya və qonşu regionda İKT-nin vəziyyəti və problemlərini diqqətə çatdıran nazir geniş regionun gələcək inkişafı üçün "EuraCA"-nın proqramını açıqlayıb.

Konfransda "EuraCA"-ya Körfəz Əməkdaşlıq Şurası ölkələrinin cəlb olunması qərara alınıb.

Səfər çərçivəsində, həmçinin nazir Ə.Abbasov iştirakçı ölkələrin dövlət rəsmiləri, o cümlədən aparıcı İKT korporasiya rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti