...

Bakcell abonentləri üçün xüsusi aksiya keçirir

Telekommunikasiya Materials 22 May 2014 15:27 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Master Card ilə əməkdaşlıq çərçivəsində Hesab.az saytı vasitəsilə ödəniş həyata keçirən abunəçilər üçün xüsusi kampaniyaya start verir.
Bakcell abonentləri üçün xüsusi aksiya keçirir

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Master Card ilə əməkdaşlıq çərçivəsində Hesab.az saytı vasitəsilə ödəniş həyata keçirən abunəçilər üçün xüsusi kampaniyaya start verir. Bu barədə Trend-ə şirkətdən bildirilib.

İndi Bakcell abunəçiləri Master Card vasitəsilə hesab.az saytında onlayn ödənişlər edərkən əlavə BONUS dəqiqələr qazanacaqlar. Kampaniyanın qaydaları çox sadədir:

  • Onlayn ödəniş etmək üçün hesab.az səhifəsində "Master Card"ı seçin;
  • Ödənişdən əvvəl açılan sahəyə Bakcell nömrənizi daxil edin.

Daxil edilən nömrə CIN tarifində olduqda, bonus dəqiqələr avtomatik olaraq həmin nömrənin balansına yüklənilir. Əgər nömrə Klass və ya Gold tarifinə aiddirsə, bonus dəqiqələr 10 rəqəmli kod şəklində abunəçiyə göndərilir və həmin kod istənilən CIN nömrəsinə hədiyyə verilə bilər. Bonusu qazanmaq üçün CIN abunəçisi bu kodu 5555-ə göndərməlidir.

Onlayn ödənişin məbləğindən asılı olaraq bonus dəqiqələr müxtəlif olur.

Bakcell ödəmələri zamanı:

Məbləğ

Şəbəkədaxili Bonus dəqiqələr

5 - 9.99 manatadək

10 dəqiqə

10 - 14.99 manatadək

20 dəqiqə

15 - 19.99 manatadək

30 dəqiqə

20 - 24.99 manatadək

40 dəqiqə

25 - 29.99 manatadək

50 dəqiqə

30 - 34.99 manatadək

60 dəqiqə

35 - 39.99 manatadək

70 dəqiqə

40 - 44.99 manatadək

80 dəqiqə

45 - 49.99 manatadək

90 dəqiqə

50 manat və daha yüksək məbləğ üçün

100 dəqiqə

Qalan bütün xidmətlərin ödənişi zamanı (digər mobil operatorların ödəmələri istisna olmaqla):

Məbləğ

Şəbəkədaxili Bonus dəqiqələr

15 - 29.99 manatadək

10 dəqiqə

30 - 44.99 manatadək

20 dəqiqə

45 - 59.99 manatadək

30 dəqiqə

60 - 74.99 manatadək

40 dəqiqə

75 - 89.99 manatadək

50 dəqiqə

90 - 104.99 manatadək

60 dəqiqə

105 - 119.99 manatadək

70 dəqiqə

120 - 134.99 manatadək

80 dəqiqə

135 - 149.99 manatadək

90 dəqiqə

150 manat və daha yüksək məbləğ üçün

100 dəqiqə

Qeyd:

  • Bonus dəqiqələr yuklənilən andan 3 gün ərzində istifadə edilə bilər.
  • Bir ödəmə üçün əldə edilən bonus 100 dəqiqədən çox ola bilməz.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell"in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti