...

"Bakcell" şirkəti "Ulduzum" proqramının ən aktiv istifadəçilərini mükafatlandırdı (FOTO)

Telekommunikasiya Materials 26 Avqust 2014 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum proqramına qoşulan 500.000- ci abunəçini və bu faydalı proqramdan ən aktiv istifadə edən 10 abunəçisini müəyyən edərək mükafatlandırdı. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən məlumat verilib.

Ulduzum proqramının 500.000- ci abunəçisinə İngiltərənin Mançester şəhərində futbol matçını izləmək üçün 2 nəfərlik səyahət paketi hədiyyə verildi.

Ulduzum proqramının ən aktiv 10 istifadəçisi müəyyən edildikdən sonra, onlarla Bakcell ofisində görüş keçirildi və onlara dəyərli hədiyyələr təqdim olundu.

Bakcell ofisinə dəvət olunan ən aktiv 10 abunəçidən biri Məmmədov Tural proqram barədə fikirlərini belə paylaşdı: "Zənnimcə Ulduzum proqramının ən üstün cəhəti onun istifadədə çox asan olmasıdır. Ulduzumun bir çox partnyorlarında endirimlərdən faydalanıram. Rahatı odur ki, ödəniş vaxtı endirim almaq üçün cəmi bir neçə saniyə vaxt sərf edirsən"

Nigar Əsədullayeva: "Ulduzum proqramının ən aktiv 10 istifadəçisi sırasında olmağım xəbəri məni sevindirdi. Çünki xərclərimə qənaət etməyi xoşlayıram. Taksi xidmətindən mütəmadi istifadə edirəm. Ulduzum proqramına qoşulduqdan sonra taksi və digər xərclərimdə mühüm qənaət etdiyimin şahidi oldum. Bakcell şirkətinin bütün abunəçilərinə Ulduzum proqramı vasitəsilə müxtəlif yerlərdə endirimlər təqdim etməsini abunəçilərinə qayğı kimi dəyərləndirirəm"

Yaradıldığı gündən etibarən bir ildən az müddət ərzində Ulduzum proqramına yarım milyondan çox abunəçinin qoşulması və partnyorların müxtəlif təkliflərdən faydalanması bu proqramın uğurlu olmasının bir göstəricisidir.

Ulduzum proqramına üzv olmaq üçün "1" yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq yetərlidir.

Hazırda 120-dən çox partnyoru olan bu proqramın partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.

www.ulduzum.az saytında Ulduzum proqramının partnyorları siyahısı, onların təklif etdiyi endirimlər və daha ətraflı məlumatı əldə etmək olar.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year" nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi" elan edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell"in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti