...

"Microsoft" və Yüksək Texnologiyalar Parkı anlaşma memorandumu imzalayıblar

Telekommunikasiya Materials 3 Sentyabr 2014 19:08 (UTC +04:00)
"Microsoft Azerbaijan" şirkəti ilə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı anlaşma memorandumu imzalayıblar.
"Microsoft" və Yüksək Texnologiyalar Parkı anlaşma memorandumu imzalayıblar

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Microsoft Azerbaijan" şirkəti ilə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı anlaşma memorandumu imzalayıblar.

"Microsoft" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov çərşənbə günü Trend-ə deyib ki, memorandum parkda "Microsoft"un hazırda nazirliyə təqdim etdiyi servislərin tətbiqini nəzərdə tutur.

Onun sözlərinə görə, onlardan biri parkda "Microsoft" IT akademiyasının açılmasıdır: "Akademiya Yüksək Texnologiyalar Parkının iştirakçılarının tədrisindən başqa, gələcəkdə digər dövlət qurumları və ya kommersiya təşkilatları işçilərinin ixtisasının artırılması ilə məşğul olacaq".

Şirkət, həmçinin "start-up"çılara təqribən 50 min dollar məbləğində əlavə pulsuz "soft" təqdim etməyi planlaşdırır.

R.Hacıəlibəyov bildirib ki, söhbət "start-up"çıların bazasında öz proqram həllərini hazırlaya biləcəyi platformadan gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti