...

"Ulduzum festivalı" çərçivəsində 30%-dək endirimlərdən yararlanın

Telekommunikasiya Materials 18 Noyabr 2014 17:13 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti “Ulduzum festivalı” adlı kampaniyaya başlayıb.
"Ulduzum festivalı" çərçivəsində 30%-dək endirimlərdən yararlanın

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Ulduzum festivalı" adlı kampaniyaya başlayıb. 15 noyabr - 15 dekabr 2014- cü il tarixləri arasında keçirilən bu kampaniya çərçivəsində "Ulduzum" proqramının seçilmiş tərəfdaşları "Bakcell" abunəçilərinə xüsusi əlavə endirimlər təqdim edəcəklər.

30%-dək endirim təqdim edən seçilmiş "Ulduzum" tərəfdaşları barədə daha ətraflı məlumat əldə etmək üçün "777" yazıb 5555-ə pulsuz SMS göndərmək yetərlidir.

"Ulduzum" festivalında iştirak edərək əlavə endirimlər almaq üçün "Ulduzum" abunəçiləri *5555#YES yığmalı və ya "*" işarəsini SMS vasitəsilə 5555 qısa nömrəsinə yollamalıdırlar. Sistem tərəfindən abunəçiyə 4 rəqəmli şifrə təqdim olunacaq. Şifrənin əldə olunma dəyəri 0.03 AZN təşkil edir. Həmin şifrəni seçilmiş "Ulduzum" tərəfdaşına təqdim etməklə əlavə endirim almaq olar. Gün ərzində hər bir abunəçi 10 dəfə şifrə əldə edə bilər. Əldə olunan hər bir şifrənin etibarlılıq müddəti 24 saat təşkil edir.

Bir ildən az müddət ərzində "Ulduzum" proqramına 700.000-dən çox abunəçi qoşulub.

Proqramın 120-dən çox partnyoru siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.

www.ulduzum.az saytında "Ulduzum" proqramının partnyorları siyahısı, onların təklif etdiyi endirimlər və daha ətraflı məlumatı əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti