...

"Intel" Azərbaycanda uşaq kompüterləri istehsal edəcək

Telekommunikasiya Materials 1 Dekabr 2014 16:01 (UTC +04:00)
"Intel" korporasiyası Azərbaycanda məktəblilər üçün nəzərdə tutulmuş uşaq kompüterlərinin (Classmate PC) istehsalını təşkil edəcək.
"Intel" Azərbaycanda uşaq kompüterləri istehsal edəcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Intel" korporasiyası Azərbaycanda məktəblilər üçün nəzərdə tutulmuş uşaq kompüterlərinin (Classmate PC) istehsalını təşkil edəcək. Trend-in məlumatına görə, bunu "Intel" korporasiyasının vitse-prezidenti Con Devis "BakuTel-2014" sərgi-konfransı ərəfəsində Bakıda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, hazırda şirkətin istehsal gücü dünyanın 6 ölkəsində cəmləşib. Bununla yanaşı, korporasiya yerli şirkətlər vasitəsilə kompüter istehsalının təşkilini təcrübədən keçirir.

C.Devis qeyd edib ki, mövcud praktika hazırda 7 ölkədə reallaşdırılır: "Həmin ölkələrdə ümumi auditoriyası uşaqlar olan kompüterlərin istehsalı üzrə zavodlar fəaliyyət göstərir. Belə istehsal müəssisələri hazırda Argentina, Portuqaliya və Afrikanın bir sıra ölkələrində var. Belə zavodun Bakıda da fəaliyyət göstərəcəyi istisna edilmir".

Onun sözlərinə görə, qeyd edilən layihənin reallaşdırılması üçün lokal istehsalçılarla əməkdaşlıq qurmaq və yerli satış kanallarını mənimsəmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti