...

Rezidentura səviyyəsi üzrə imtahanda iştirak etmək istəyənlərə xidmət təklif olunur

Telekommunikasiya Materials 19 Fevral 2015 17:51 (UTC +04:00)
Ali təhsilin rezidentura pilləsinə daxil olmaq istəyənlər "Elektron Hökumət” portalına daxil olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi "Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu” elektron xidməti vasitəsilə fevralın 16-23-də qeydiyatdan keçə bilərlər.
Rezidentura səviyyəsi üzrə imtahanda iştirak etmək istəyənlərə xidmət təklif olunur

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Ali təhsilin rezidentura pilləsinə daxil olmaq istəyənlər "Elektron Hökumət" portalına daxil olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi "Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu" elektron xidməti vasitəsilə fevralın 16-23-də qeydiyatdan keçə bilərlər. Bu barədə Trend Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verib.

Məlumata görə, bunun üçün namizədlər "Elektron Hökumət" portalında aidiyyəti xidmətə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya/nömrəsi, FİN və TQDK-nın təqdim etdiyi "Virtual ödəmə kartı"nda göstərilən iş nömrəsi və şifrədən istifadə etməklə "Namizədin elektron ərizəsi"ni doldurmalıdırlar.

Qeyd edək ki "Virtual ödəmə kartı"nı "Elektron Hökumət" portalı vasitəsilə də əldə etmək olar.

Namizədlər "Namizədin elektron ərizəsi"ni onlayn şəkildə Azərbaycan Tibb Universiteti və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədidə yerləşən regional bölmələrində yaradılmış Sənəd Qəbulu mərkəzlərində təsdiq etdirə bilərlər. Bununla yanaşı, RYTN MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat mərkəzlərində "elektron imza" sertifikatı əldə etmis namizədlər həmin sertifikatdan istifadə etməklə vaxt itkisinə yol vermədən onlayn rejimdə ərizələrini təsdiq edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti