...

Türkiyədə parlament seçkiləri "Azerspace-1" peyki vasitəsilə yayımlandı

Telekommunikasiya Materials 8 İyun 2015 17:22 (UTC +04:00)
"Azerspace-1" peykinin resurslarından istifadə edən Türkiyənin ən aparıcı kanalları seçkilərin keçirildiyi müddətdə fasiləsiz və tam keyfiyyətli yayım əldə etdiklərini bildiriblər.
Türkiyədə parlament seçkiləri "Azerspace-1" peyki vasitəsilə yayımlandı

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilər "Azerspace-1" peykinin resurslarından istifadə olunaraq yayımlanıb.

"Azərkosmos" ASC-dən Trend-ə verilən məlumata görə, iyunun 7-də Türkiyədə yerli və xarici, o cümlədən beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər və media mənsubları tərəfindən izlənilən parlament seçkiləri günboyu "Azerspace-1" peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb.

"Azerspace-1" peykinin resurslarından istifadə edən Türkiyənin ən aparıcı kanalları seçkilərin keçirildiyi müddətdə fasiləsiz və tam keyfiyyətli yayım əldə etdiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti