Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
"Azərbaycan sosial şəbəkə və internet-telefoniya xidmətlərinin ("Skype", "WhatsApp" və başqaları) istifadəçilərinin şəxsi məlumatlarını Azərbaycana köçürmək niyyətindədir".
Trend xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
O bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şirkətlərə Azərbaycana aid resursların birbaşa ölkə ərazisində saxlanması ilə bağlı müraciət etməyə hazırlaşır: "Bu, kibertəhlükəsizlik baxımından Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır".