Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
2015-ci il yanvar-iyun ayları ərzində Azərbaycana ümumi dəyəri 735,7 min dollar olan 13 419 mobil telefon və simsiz şəbəkələrdə işləyən başqa telefon aparatları idxal edilib. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, 2015-ci ilin birinci yarısının yekunlarına görə ölkəyə idxal olunan mobil telefonların sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 67,4 faiz azalıb.