...

Azərbaycan universitetlərindən birində elektron imza laboratoriyaları yaradılıb

Telekommunikasiya Materials 20 Avqust 2015 02:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Yeni tədris ilindən Azərbaycan Texniki Universitetində "Elektron hökumət" xidmətləri üzrə 3 laboratoriya fəaliyyət göstərəcək. Bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) xəbər verilib.

Söhbət elektron xidmətlər, elektron imza və geniş zolaqlı internet şəbəkələri üzrə laboratoriyaların yaradılmasından gedir. Bu laboratoriyalar tələbələrin IT sahəsində ixtisasını artırmağa, kadrların hazırlanmasına və tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiq olunmasına imkan yaradacaq.

Tələbələr elektron imzanın əldə olunması ilə bağlı sorğunun formalaşmasından onun son istifadəçiyə verilməsinə kimi bütün proseslərdə birbaşa iştirak edə biləcəklər.

Elektron xidmətlər üzrə laboratoriyalarda tələbələr mobil proqram təminatlarının hazırlanması, elektron xidmətlərin formalaşması, onların "Elektron hökumət" portalına inteqrasiya edilməsi ilə bağlı təcrübə qazana biləcəklər. Bu təcrübə gələcəkdə tələbələrə dövlət qurumlarında olduğu kimi, özəl müəssisələrdə də iş tapmağa imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti