Bakı. Trend:
1 yanvar 2016-cı il tarixinə Dövlət Radiotezliklər İdarəsində (DRİ) 478 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.
Trend İdarənin saytına istinadən məlumat verir ki, onlardan 70 istifadəçi dövlət, 338-i kommersiya, 31-i xarici təşkilat, 39 istifadəçi isə fiziki şəxslərdir.
2015-ci il ərzində 9047 ədəd radioelektron vasitə (REV) DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 49688 ədəd təşkil edir.