Bakı. Trend:
28 yanvar 2016-cı il tarixində dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün "Maliyyə və mühasibatlıq uçotunun avtomatlaşdırılması" mövzusunda seminar keçiriləcək.
Hazırda neftin qiymətinin azalması, əsasən, ölkənin tədiyə balansına mənfi təsir edib. Büdcə xərclərinin azalması ilə investisiya lahiyələrinin müvəqqəti saxlanılması dövründə dövlət büdcəsi ilə maliyyələşən bütün təşkilatlarda maliyyə xərclərinə ciddi nəzarət edilir. Belə bir halda, İKT sahəsinin ölkəyə böyük töhfələri gözlənilir. Azərbaycanda yaradılan e-hökümət, dövlət və qeyri-dövlət sahələrində tətbiq edilən proqram təminatları və inteqrasiya sistemlərinin ölkə iqtisadiyyatının inkişafında böyük rolu olacaq.
"Ultra Technologies" şirkəti məhz bu əsasla bir sıra seminarlar planlaşdırır. Bunlardan biri kimi, 28 yanvar 2016-cı il tarixində keçiriləcək "Maliyyə və mühasibatlıq uçotunun avtomatlaşdırılması" mövzusunda seminardır. Seminar saat 16:00-da başlayacaq. Seminarda yalnız dövlət təşkilatlarında çalışan məsul şəxslər iştirak edə bilərlər.