...

Abituriyentlər e-hökumət portalında sınaq imtahanlarına qeydiyyatdan keçə bilərlər

Telekommunikasiya Materials 25 Fevral 2016 11:33 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün keçiriləcək ilk sınaq imtahanına yazılışa start verilib.
Abituriyentlər e-hökumət portalında sınaq imtahanlarına qeydiyyatdan keçə bilərlər

Bakı. Hüseyn Vəliyev - Trend

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün keçiriləcək ilk sınaq imtahanına yazılışa start verilib. Bu barədə Trend Rabitə və Yüksək Texniologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir.

Ali təhsil müəssisələrinə daxil olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 3-də cari il üçün ilk sınaq imtahanı keçiriləcək. İmtahan Respublikanın 29 şəhər və rayonunda olmaqla, 61 imtahan mərkəzində təşkil olunacaq.

Aprel ayının 3-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat fevralın 24-dən etibarən aparılacaq.

Sınaq imtahanlarına yazılış xidməti istər müvafiq qurumun rəsmi səhifəsindən istərsə də "Elektron hökumət" portalı üzərindən mümkündür.

"Elektron hökumət" portalı üzərindən sınaq imtahanına yazılmaq üçün:

"www.e-gov.az"portalına daxil olaraq "Qeydiyatsız xidmətlər" bölməsindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətləri sırasından"Sınaq imtahanına yazılış" elektron xidmətini seçin.

Sınaq imtahanına buraxılış vərəqi əldə etmək üçün açılan pəncərədə "Ödəmə kartları" bölməsində əks olunan https://rest.goldenpay.az/tqdk/ linkini seçib ödəniş edin.

Yeni istifadəçi kimi qeydiyyat keçmək üçün "YENİ İSTİFADƏÇİ" bölməsinə daxil olun. Açılan pəncərədə müvafiq xanaları qeyd edib "Qeydiyyatdan keçir" düyməsini seçin.

Qeydiyyatdan keçib hesab açmısınızsa, istifadəçi adınızı və parolunuzu uyğun sahələrə qeyd edib sistemə daxil olun. Sınaq imtahanına buradan yazılın hissəsini seçin.

Açılan pəncərədə sınaq imtahanının keçiriləcəyi məkan, ünvan və imtahana boş yerlərin sayı cədvəldə əks olunur. Abituriyent istədiyi imtahan məkanını seçə bilər.

Açılan pəncərədə müvafiq xanaları qeyd etdikdən sonra "Qeydə al" düyməsini seçin.

Yekun mərhələdə sistem tərəfindən "İmtahana buraxılış vərəqəsi" formalaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti