Bakı. Trend:
4,5 milyonluq abunəçi ailəsini sürətli və keyfiyyətli mobil internetlə təmin edən Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" Novruz ərəfəsində SimSim abunəçilərini daha bir hədiyyə ilə sevindirdi.
Belə ki, 18 mart 2016 tarixindən etibarən "Azercell" öz təklifləri sırasına yeni 3G MiFi modem + 10GB pulsuz internet kampaniyasını əlavə edir. Sözügedən kampaniya çərçivəsində ilk dəfə Azercell-ə qoşulma zamanı abunəçiyə 1 ay ərzində 10 GB həcmli internet Paketi pulsuz olaraq hədiyyə edilir.
Kampaniyanın adından da göründüyü kimi, hədiyyəli internetlə yanaşı, paketin tərkibinə cihaz- 3G Mobile WiFi modem və SIM kart da daxildir. Abunəçinin kampaniyaya qoşulması və 10 GB həcmli internetdən yararlanma imkanı, nömrə aktiv edilən andan avtomatik olaraq dərhal təmin edilir. Nəzərinizə çatdıraq ki, 3G modemleri 21.6 Mb/s-ə qədər internet sürəti təmin edir.
Beləliklə, SimSim abunəçiləri bundan sonra genişzolaqlı xidmətlər üçün Azercell-in təklif etdiyi aşağıdakı 3 sərfəli seçimdən faydalana biləcəklər:
1. 4G MiFi pulsuz Simsim DATA nömrə + bir aylıq bonus LİMİTSİZ internet paketi cəmi 80 AZN
2. 3G MiFi + pulsuz Simsim DATA nömrə + bir aylıq bonus 10GB bonus cəmi 50 AZN
3. 3G USB Modem + pulsuz Simsim DATA nömrə + bir aylıq bonus 10GB bonus cəmi 20 AZN
Yüksək sürətli mobil interneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan "Azercell" ötən il ərzində internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, "Azercell" şəbəkəsindən ötürülən məlumatın həcmi 2014-cü illə müqayisədə 35% artdı. Hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox mobil internet istifadə edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə 2012-ci ildə təqdim edib.
Daha ətraflı məlumat üçün: [email protected]