...

"Azercell" uşaqlar üçün təhlükəsiz internet xidmətini işə saldı

Telekommunikasiya Materials 1 İyun 2016 14:03
"Azercell" MMC uşaqlar üçün təhlükəsiz internet xidmətini işə salıb.
"Azercell" uşaqlar üçün təhlükəsiz internet xidmətini işə saldı

Trend-i buradan izləyin

Bakı. Hüseyn Vəliyev - Trend:

"Azercell" MMC uşaqlar üçün təhlükəsiz internet xidmətini işə salıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azercell"in prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, layihə "Kasperski laboratoriyası" ilə birgə reallaşdırılır və Beynəlxalq Uşaq Müdafiəsi Gününə həsr olunub.

V.Mürsəliyev qeyd edib ki, layihə çərçivəsində istifadəçilərə "Azercell" mobil şəbəkəsinin vasitəsilə "Kasperski laboratoriyası"nın məhsullarının əldə edilməsi imkanı təklif ediləcək.

Şirkət 3 yeni məhsulu irəli çəkəcək: "Universal müdafiə", "Android üçün müdafiə" və "Valideyn nəzarəti".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti