...

Azərbaycanın İT şirkətləri Tacikistanda tenderdə iştirak edir

Telekommunikasiya Materials 23 Yanvar 2017 13:58 (UTC +04:00)
Azərbaycanın SINAM və CYBERNET şirkətləri Tacikistanın Vergi Komitəsinin elan etdiyi inteqrasiya edilmiş Vergi İdarəetmə İnformasiya Sisteminin yaradılması və tətbiqi tenderində iştirak edir.
Azərbaycanın İT şirkətləri Tacikistanda tenderdə iştirak edir

Bakı. Trend:

Azərbaycanın SINAM və CYBERNET şirkətləri Tacikistanın Vergi Komitəsinin elan etdiyi inteqrasiya edilmiş Vergi İdarəetmə İnformasiya Sisteminin yaradılması və tətbiqi tenderində iştirak edir. Layihənin məqsədi Tacikistanda vergi sisteminin tam informasiyalaşdırılması və vergi sənədləşməsinin elektron formata keçrilməsidir.

SINAM-dan Trend-ə verilən məlumata görə, SİNAM şirkəti bu tenderdə Avstriyanın bit media solutions GmbH şirkəti ilə konsorsiumda iştirak edir. Azərbaycan şirkətlərinin rəqiblərindən biri isə Ermənistanın IUNETWORKS şirkətidir. Tenderin daha bir iştirakçısı isə Böyük Britaniyanın Crown Agents şirkətidir. Uzun illər Azərbaycanda fəaliyyət göstərən yerli İT şirkətlər böyük təcrübə toplayaraq xarici bazarlara çıxmaqda israrlıdırlar. Əsas hədəf regionlar Asiya, Afrka və Cənubi Amerika müəyyən olunub.

Qeyd etmək lazımdır ki, ölkəmizin şirkətlərinin xarici ölkələrdə layihələrdə iştirakı Azərbaycanın ixrac potensialının artırılması və qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardan biridir. Yüksək texnologiyalar sektorunu təqdim edən Azərbaycan şirkətləri artıq bir müddətdir ki, xarici ölkələrdə müxtəlif tenderlərdə iştirak edir, mürəkkəb İT layihələri reallaşdırırlar.

SİNAM şirkəti artıq Qırğızstanda elektron hökumət seqmentində bir neçə layihə həyata keçirib. Bundan qabaq SİNAM, CYBERNET və BESTCOMP şirkətləri konsorsium yaradaraq Tanzaniyada keçirilən tenderdə də birgə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti