...

Bakıda pulsuz "Wi-Fi"ın 500 mininci istifadəçisi mükafatlandırıldı

Telekommunikasiya Materials 14 Avqust 2017 16:07 (UTC +04:00)
“İctimai İnternet” layihəsi üzrə pulsuz "Wi-Fi" xidmətindən istifadə edənlərin sayı yarım milyonu ötüb.
Bakıda pulsuz "Wi-Fi"ın 500 mininci istifadəçisi mükafatlandırıldı

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə pulsuz "Wi-Fi" xidmətindən istifadə edənlərin sayı yarım milyonu (500 000) ötüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, pulsuz "Wi-Fi" xidmətinin 500 000-ci istifadəçisi Bakı şəhər sakini Aysel Ələsgərova olub.

Bu gün “Baktelecom” şanslı istifadəçini mükafatlandırıb.

Qeyd edək ki, ötən həftədən “Pulsuz Wi-Fi”ın sosial şəbəkədəki səhifəsində start verilən “500 000-ci ol, hədiyyəni apar” sloqanı ilə təqdim olunan kampaniya istifadəçi sayının artmasını stimullaşdırıb.

Məlumat üçün bildirək ki, “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil omaqla Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

Yaxın zamanda Hüseyn Cavid və Dədə Qorqud parkları da pulsuz "Wi-Fi" xidmətinin əhatə zonasına daxil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti