...

Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

Telekommunikasiya Materials 21 Avqust 2017 16:39 (UTC +04:00)
Növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub.
Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 10 aprel 2017-ci il tarixində elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kompleks ekspertizaya təqdim olunmuş 150 layihədən 71-i müsbət rəy alıb.

Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcək. Şuranın növbəti iclasının yaxın vaxtlarda keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, müsabiqə çərçivəsində Fonda 172 layihə təqdim edilib. Təqdim edilmiş layihələrin ilkin ekspertizası zamanı qrant müsabiqəsinin prioritet istiqamətinə uyğun olmayan 22 layihə kompleks ekspertiza mərhələsinə qəbul edilməyib.

Xəbər lenti

Xəbər lenti