...

Azərbaycan filmləri xarici onlayn kinoteatrlarda təqdim olunacaq

Telekommunikasiya Materials 12 Noyabr 2017 15:00
Azərbaycan filmləri populyar xarici “online-cinema” platformalarında təqdim olunacaq
Azərbaycan filmləri xarici onlayn kinoteatrlarda təqdim olunacaq

Trend-i buradan izləyin

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan filmləri populyar xarici “online-cinema” platformalarında təqdim olunacaq.

Bunu Trend-ə “Myvideo” portalının rəhbəri Əli Əliyev deyib.

Onu sözlərinə görə bu, dünya kino tamaşaçısına Azərbaycan filmlərini izləməyə imkan verəcək.

Ə.Əliyev vurğulayıb ki, hazırda bütün dünyada televiziya və kino izləmə internet vasitəsilə baş verir: “Azərbaycanda da baş verənlər dünya trendlərinə uyğunlaşır. Bizdə hazırda “Netflix” və “Amazon Prime Video” kimi internet layihələr olmasa da, yaxın beş il ərzində Azərbaycanda belə layihələri reallaşdırmağı nəzərdə tuturuq. Məhz internet milli kino sənayesinə böyük təkan verə bilər, çünki bu seqment iri maliyyə potensialına malikdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti