...

Azərbaycanın bölgələri üçün İT sahəsində təlim proqramı işə salınıb

Telekommunikasiya Materials 7 Fevral 2023 11:57 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və "StrategEast" müəssisəsi ilə birlikdə bu gün "IT Hub Azerbaijan" layihəsini işə salır.

Trend-in məlumatına görə, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev jurnalistlərə deyib.

"Başlanğıc mərhələdə layihə çərçivəsində Azərbaycanın bölgələrindən, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir və Şirvan şəhərlərindən, həmçinin Naxçıvan Muxtar Respublikasından olan gənclərin (19-30 yaş arası) İT təlimlərdə pulsuz iştirakı planlaşdırılır. Proqramı uğurla tamamlayan gənclərin arasından seçilmiş namizədlər ölkəmizdə qalmaqla xarici şirkətlərdə işlə təmin olunacaqlar", - o deyib.

Onun sözlərinə görə, təlimlər 11 ay ərzində informatika, proqramlaşdırma, biznes təhlili və digər fənlər üzrə beynəlxalq ekspertlər tərəfindən onlayn rejimdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti