...

BAKIDA ÜPİ-NİN DƏSTƏYİLƏ POÇT RABİTƏSİNİN MARKETİNQ MƏSƏLƏLƏRİ ÜZRƏ SEMİNAR KEÇİRİLƏCƏK

Telekommunikasiya Materials 15 Sentyabr 2005 16:10 (UTC +04:00)

Bakıda Ümumdünya Poçt İttifaqının (ÜPİ) dəstəyilə poçt rabitəsinin marketinq məsələləri üzrə seminar keçiriləcək. Azərpoct Dövlət Müəssisəsində (DM) Trend ə bildirilib ki, tədbir sentyabrın 23-dən 30-dək keçiriləcək.

DM-də həm də qeyd olunub ki, tədbirə Gürcüstanın poçt xidmətləri sahəsində fəaliyyət göstərən mütəxəssisləri dəvt olunub.Həmçinin ÜPİ nümayəndə heyətinin səfəri gözlənilir.

"Bir həftə ərzində ÜPİ mütəxəssisləri poçt bazarının öyrənilməsi, yeni xidmətlərin tətbiqi, müştərilərə yeni və müasir xidmətlərin göstərilməsi və digər məsələlərə toxunulacaq seminar keçirəcək"-deyə DM-də bildirilib.

Seminarda Azərbaycan tərəfdən Azərpoct DM-nin şöbə müdirləri, rabitə və informasiya texnologiyaları nazirlyiinin bu sahədə ixtisaslaşmış nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti