...

Azərbaycanın bir sıra regionlarında Western Union poçt pul köçürmələri sistemi tətbiq edilib

Telekommunikasiya Materials 22 Dekabr 2005 16:11 (UTC +04:00)

Azərbaycanın bir sıra regionlarında Western Union poçt pul köçürmələri sistemi tətbiq edilib. Azərpoct DM-də Trend ə bildirilib ki, bu regionlar Bərdə, Daşkəsən, Gəncə, Goranboy, Xanlar, Mingəçevir, Naftalan, Samux, Şəmkir, Tərtər və Yevlaxdır.

Ağstafa, Şəki, Tovuz və digər rayonlar 2006-cı ilin ilk yarımili ərzində bu sistemə qoşulacaq. Ümumilikdə bu xidmətin Azərbaycanın 50 rayonunda tətbiqi planlaşdırılır.

"Hazırda dövlət müəssisəsinin 17 filialı Western Union sisteminin xidmətini göstərir"-deyə DM-də bildirilib.

DM-də vurğulanıb ki, bu xidmətlər paytaxtın 10 poçt şöbəsində - mərkəzi poçt şöbəsi, №1, № 6, № 73, №2, №118, №63, № 83, № 44 və № 45 şöbələrdə göstərilir.

Parabank KB və Azərpoct DM arasında həmin sistemin tətbiqi ilə bağlı imzalanmış sazişə əsasən ilk dəfə köçürmələr oktyabrın 10-da 1 saylı poçt şöbəsində və oktyabrın 11-də 118 saylı poçt şöbəsində gerçəkləşdirilib.

Eyni zamanda DM Travelex Group ilə analoji saziş imzalayıb və sazişə əsasən sistemin ilk olaraq paytaxtın bütün poçt şöbələrində, sonra isə regionlarda tətbiqi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti