Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Rabitə və İnformasiya Texnologiyalarının İnkişafı ("Elektron Azərbaycan") Dövlət Proqramı üzrə Koordinasiya Şurasının iclası keçirilib. Bu barədə Trend agentliyi nazirliyə istinadən xəbər verib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Koordinasiya Şurasının sədri təyin olunub.
Görüşdə İ. Məmmədov iclas iştirakçılarını proqram çərçivəsində görülən işlər barədə məlumatlandırıb.
İclas zamanı qeyd olunub ki, müəyyən nailiyyətlər əldə olunub, proqramın icrası üçün tələb olunan fəaliyyət planı bəndlərinin gerçəkləşdirilməsinə lazım olan ilkin məbləğ müəyyənləşdirilib, işçi qrupları üzrə geniş müzakirələr aparılıb, ayrı-ayrı tədbirlər ilə bağlı ümumi razılıq əldə olunub.