...

3Com Azərbaycanda ofis açmaq niyyətindədir

Telekommunikasiya Materials 20 İyul 2006 11:46 (UTC +04:00)

3Com şirkəti Azərbaycanda ofis açmaq niyyətindədir. Bu barədə Trend ə 3COM şirkətinin Azərbaycandakı rəsmi tərəfdaşı Caspel-in baş meneceri Mübariz Piriyev məlumat verib.

Onun sözlərinə görə, şirkət Azərbaycanın İT bazarında maraqlıdır. "Hazırda dəqiq tarix müəyyən olunmayıb, ancaq bu proses yəqin ki, 2008-ci ilədək həyata keçiriləcək", - deyə M.Piriyev vurğulayıb.

Hazırda 3Com şirkətinin Azərbaycanda maraqlarını eyni zamanda şirkətin korporativ bazara yönəldilmiş avadanlıqlarının satışını həyata keçirən Caspel təmsil edir.

Caspel 7 ildən artıqdır ki, sistemli inteqrasiya və konsaltinq xidmətləri üzrə yerli bazarda işləyir, layihələrdə 3Com şirkətinin məhsullarının tətbiqi istiqamətində böyük təcrübəyə malikdir. Sistemli inteqrator statusunu qoruyan Caspel həm də nümayəndəliyin funksiyalarını yerinə yetirir və Azərbaycanda 3Com şirkətinin korporativ satışlarını inkişaf etdirir.

Xəbər lenti

Xəbər lenti