...

Azərbaycan və Sloveniya İKT sahəsində əməkdaşlığa dair Saziş imzalayır

Telekommunikasiya Materials 28 Avqust 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Azərbaycan və Sloveniya arasında informasiya-kommunkasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması rabitə və informasiya texnologiyları naziri Əli Abbasovun rəhbərliyi ilə Sloveniyada səfərdə olan nümayəndə heyətinin iştirakı ilə avqustun 28-də Bled şəhərində (Sloveniya) baş tutacaq. Bu barədə məlumatı çərşənbə axşamı nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov verib.

Sənəd azərbaycanlı nazir Abbasovla Sloveniyanın iqtisadiyyat naziri Andrey Vizek arasında imzalanacaq.

Əmirovun sözlərinə görə, bu gün nazir həmçin Sloveniyanın İKT sahəsində aparıcı şirkətlərindən biri olan "İskraTel"ə baş çəkəcək və şəbəkənin baş drektoru Andrey Poleneç ilə görüşəcək.

Azərbaycan nümayəndə heyəti "İskraTel"in istehsalı olan məhsullarla tanış ediləcək və gələcək ikitərəfli əməkdaşlıq perspektivlər müzakirə olunacaq

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Lyublyana Universitetində Azərbaycan və Sloveniya ali təhsil ocaqlarının əməkdaşlıq imkanları ilə bağlı keçiriləcək görüşdə iştirak edəcək.

Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin Bledə səfərində əsas məqsəd avqustun 26-27-də keçirilən "Avropa İttifaqı 2020: Genişlənmə və inteqrasiya" ("European Union 2020: Enlarging and Integrating") srategiya forumunda iştirak etməkdir. Ə.Abbasov tədbirdə "Azərbaycanda informasiya-kommunkasiya texnologiyalarının genişlənməsi" məruzəsilə çıxış edib.

Səfər avqustun 30-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti