...

Abşeron və Bakının kurortları - Yay istirahəti üçün MDB-nin ən yaxşı 5-liyi arasında

Turizm Materials 13 İyun 2019 14:24 (UTC +04:00)
"TurStat" analitik agentliyi Rusiya turistlərinin yay istirahəti üçün Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən yaxşı kurortlarının reytinqini hazırlayıb
Abşeron və Bakının kurortları - Yay istirahəti üçün MDB-nin ən yaxşı 5-liyi arasında

Bakı. Trend:

"TurStat" analitik agentliyi Rusiya turistlərinin yay istirahəti üçün Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən yaxşı kurortlarının reytinqini hazırlayıb.

Trend-in məlumatına görə, MDB kurortlarının reytinqi Rusiya turistlərinin axını və infrastrukturunun inkişafı əsasında hazırlanıb.

Qazaxıstanın Burabay kurortu, Qırğızıstanın İssık-Kul gölü, Belarusun Naroç gölü, Abşeronun və Bakının Xəzər dənizinin sahilində kurortları reyting ilk 4 pilləsində qərarlaşıblar.

"TurStat"ın məlumatına əsasən, Rusiya turistləri yay istirahəti üçün büdcəsi bir sutkaya 50-110 dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti