...

Bu il Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 500 mini keçib

Turizm Materials 23 Dekabr 2022 11:43 (UTC +04:00)
Bu il Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 500 mini keçib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

İlin hələ başa çatmamasına baxmayaraq, Azərbaycandan Türkiyəyə gedən turist sayı 500 min nəfəri keçib.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan deyib.

Onun sözlərinə görə, hədəf Türkiyəyə bir milyon azərbaycanlı turistin səfər etməsidir.

“Bu mənada səyahətin son dərəcə daha rahat və əlçatan olması önəmlidir. Hazırda "Türk Hava Yolları" Azərbaycana 30-a yaxın uçuş həyata keçirir. Bunun daha da artması önəmlidir. "Pegasus" və AZAL-ın da bu istiqamətdə fəaliyyətləri var. Aviareyslərin artırılması və qiymətlərin daha əlverişli vəziyyətə gətirilməsi iki ölkə arasında səyahətlərin intensivləşməsi baxımından önəmlidir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti