Azərbaycan, Bakı, 2 avqust / Trend müxbir K.Zərbalıyeva/
Bakıda dünən 3 nəfəri ilan sancıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, ilan sancması ilə təcili yardıma müraciət edənlərdən 2 nəfəri xəstəxanaya yerləşdirilib.
İlan sancmaları Binəqədi rayonu Binəqədi kəndində, Səbail rayonunda və Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.
Bakıda bu il yay mövsümü başlayandan avqusta qədər 30-dan artıq ilan sancması qeydə alınıb. Onlardan 6 nəfəri uşaq olub.
Mövsümün ilk ilan sancması mayın 1-də qeydə alınıb.