...

Erməni diasporu Türkiyə-Livan əlaqələrinə xələl gətirə bilməyəcək – parlamentlərarası dostluq qrupunun sədri

Nəzər nöqtəsi Materials 8 Oktyabr 2009 09:10 (UTC +04:00)
Türkiyə-Livan parlamentlərarası dostluq qrupunun sədri Livanda fəaliyyət göstərən erməni lobbisinin Ankara-Beyrut münasibətlərinə xələl gətirə bilməyəcəyini deyib.
Erməni diasporu Türkiyə-Livan əlaqələrinə xələl gətirə bilməyəcək – parlamentlərarası dostluq qrupunun sədri

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyə-Livan parlamentlərarası dostluq qrupunun sədri Livanda fəaliyyət göstərən erməni lobbisinin Ankara-Beyrut münasibətlərinə xələl gətirə bilməyəcəyini deyib.

"Livandakı erməni lobbisi Ankara-Beyrut münasibətlərinə xələl gətirə bilməyəcək", - deyə parlamentlərarası dostluq qrupunun sədri, türkiyəli millət vəkili Əbdürrəhman Kurt Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı: Dünyanın bir sıra ölkələrində, o cümlədən Avropa, Argentina və Livanda erməni lobbisi tərəfindən Türkiyə əleyhinə etiraz aksiyaları keçirilib. Nümayişçilər Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz ediblər.

Kurt hesab edir ki, Türkiyə-Livan münasibətləri bəsit prinsiplər üzrə deyil, güclü və əsaslı prinsiplər üzrə qurulub.

"Livanın Türkiyə ilə dostluğa ehtiyacı olduğu üçün biz bu dostluğa imza atmışıq və heç bir küçə yürüşləri ilə bu dostluğu aradan qaldırmaq olmaz", - Kurt qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti