...

Gənclər siyasəti sahəsində yeni dövlət proqramı Azərbaycan gənclərinin rifahını yaxşılaşdıracaq - nazir müavini

Nəzər nöqtəsi Materials 9 Aprel 2011 13:10 (UTC +04:00)
Yeni "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı Azərbaycan gənclərinin sosial güzəranını yaxşılaşdıracaq. Bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.
Gənclər siyasəti sahəsində yeni dövlət proqramı Azərbaycan gənclərinin rifahını yaxşılaşdıracaq - nazir müavini

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Yeni "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı Azərbaycan gənclərinin sosial güzəranını yaxşılaşdıracaq. Bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

Proqram azərbaycanlı gənclərin menecment və gənc peşəkar kadrların hazırlanması sahəsində fəaliyyətinin onların dövlətin idarə edilməsində, ictimai həyatda daha aktiv iştirak etməsi ilə gücləndirilməsinə yönəlib. Bu barədə nazir müavini şənbə günü Trend-ə bildirib.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Prezident Administrasiyasına 10 gün müddətində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin hazırlanması üçün müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılması tapşırılıb.

Babayevin sözlərinə görə, proqramda gənclərin sosial-iqtisadi inkişafı üzrə müvafiq bəndlər - məşğulluq, gənc sahibkarların inkişafının dəstəklənməsi də öz əksini tapacaq. Nazir müavini yeni dövlət proqramının gənclərin sosial rifahının yaxşılaşdırılması, Azərbaycan gənclərinin potensialının gücləndirilməsi və bu potensialdan dövlət quruculuğunun inkişafında istifadə olunmasına xidmət edəcəyinə əminliyini ifadə edib.

O deyib ki, bu proqram Azərbaycanda yürüdülən gənclər siyasətinin məntiqi davamı olacaq.

Buna qədər Azərbaycanda gənclər siyasəti sahəsində 2005-2009-cu illəri əhatə edən proqram həyata keçirilib. Bu proqram çərçivəsində ölkədə gənclərin inkişafı ilə bağlı çoxsaylı layihələr reallaşdırılıb, cəmiyyətin müxtəlif sahələrində gənclərin fəal iştirakı üçün şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti