...

Deputat: Azərbaycan müstəqil siyasət yürütdüyünü bir daha təsdiqlədi

Nəzər nöqtəsi Materials 22 Dekabr 2017 17:32 (UTC +04:00)
Azərbaycanın Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verməsi Prezident İlham Əliyevin müstəqil siyasət yürütdüyünü bir daha təsdiqlədi.
Deputat: Azərbaycan müstəqil siyasət yürütdüyünü bir daha təsdiqlədi

Bakı. Samir Əli - Trend:

Azərbaycanın Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verməsi Prezident İlham Əliyevin müstəqil siyasət yürütdüyünü bir daha təsdiqlədi.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, bu məsələdə Azərbaycan dövlətinin konkret fikir yürütməsi çox vacibdir: "Prezident İlham Əliyev İstanbuldakı Zirvə toplantısında çox cəsarətli çıxış etdi. Bu onu göstərir ki, Azərbaycan öz üzərinə düşən məsuliyyəti başa düşür. Bu proses bəzi ölkələrin xoşuna gəlməsə belə, Prezident İlham Əliyev haqq-ədaləti müdafiə etdi. Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir. Bu beynəlxalq aləmdə çox yüksək qiymətləndirilməlidir. Mən belə düşünürəm ki, Azərbaycanın bu mövqeyi ölkəmizin nüfuzunu artırdı".

Qeyd edək ki, ötən gün BMT Baş Assambleyası ABŞ-ın Qüds şəhərinə İsrail paytaxtı statusunun verilməsi haqqında qərarının tanınmaması barədə qətnamə qəbul edib.

Sənədin lehinə 128, əleyhinə isə 9 ölkə səs verib, 35 ölkə bitərəf qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti