...

Siyavuş Novruzov: İnsan alveri terrora bərabər tutulmalıdır

Nəzər nöqtəsi Materials 4 May 2018 13:19
Azərbaycan bu məsələlərə görə nümunəvi ölkələrdəndir.
Siyavuş Novruzov: İnsan alveri terrora bərabər tutulmalıdır

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

“Əgər hər hansı ölkədə ictimai-siyasi sabitlik pozulubsa, orada insan alveri, narkotik dövriyyəsi, uşaqların əməyə cəlb olunması baş alıb gedəcək, qanunvericiliyin pozulması nəticəsində bu hallar daha da artacaq. Azərbaycan bu məsələlərə görə nümunəvi ölkələrdəndir”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin iclasında çıxış edərkən deyib.

O bildirib ki, bu gün Avropa ölkələrində insan alveri ilə bağlı rəqəmlər Azərbaycanla müqayisədə qat-qat yüksəkdir: “Avropa ölkələrində insan alverinin qurbanları müxtəlif işlərə cəlb edilir, miqrantlar konslagerlərdə saxlanılırlar. Buna baxmayaraq, həmin ölkələr başqalarına demokratiya dərsi keçməyə çalışırlar. Həmin ölkələrdə vəziyyəti gördükdə deyə bilərik ki, Azərbaycanda insan alveri ilə mübarizə işi çox yaxşı qurulub”.

S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, eləcə də Milli Məclis tərəfindən qəbul olunan qanunlar ölkəmizdə insan alverinin qarşısını alır:

“Ən ağır cinayətlərdən biri insan alveridir və terrora bərabər tutulmalıdır. Bu baxımdan düşünürəm ki, Azərbaycana gələn turistlər insan alveri ilə bağlı addımlara əl atdıqda, ölkəmizin qanunları qarşısında cavab verməlidirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti