...

Əli Əhmədov: Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə qarşısında işıqlı yol olmayacaq (YENİLƏNİB)

Nəzər nöqtəsi Materials 7 May 2018 14:11
Nə qədər ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyəcək, heç zaman qarşısında işıqlı yol olmayacaq.
Əli Əhmədov: Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə qarşısında işıqlı yol olmayacaq (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Nə qədər ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyəcək, heç zaman qarşısında işıqlı yol olmayacaq.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Ermənistanda hökm sürən daxili qarşıdurma uzun müddət davam edəcək.

Baş nazirin müavini vurğulayıb ki, Ermənistandakı qarşıdurma, gərginlik və problemlərin yaranmasına rəvac verən ziddiyyətləri bir neçə gün, bir neçə ay ərzində, hətta bir neçə il ərzində aradan qaldırmaq mümkün deyil:

"Ermənistanda kimin baş nazir seçilməsindən asılı olmayaraq, onların qarşısında duran çətinliklər aradan qalxmayacaq. Çünki bu çətinliklərin, bu tənəzzülün yaranması üçün əsas olan problem - işğalçılıq siyasəti aradan qaldırılmayıb. Nə qədər ki, Ermənistan təcavüzkar kimi mövcud olacaq, o qədər də Ermənistan qarşısında ciddi çətinliklər və məşəqqətlər yaradan problemlər qalacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti