...

Aydın Quliyev: Trampın TAP-a birmənalı dəstək və ümidi Azərbaycanın bütün enerji, nəqliyyat və loqistika layihələrinə qlobal dəstək çağırışıdır

Nəzər nöqtəsi Materials 1 Avqust 2018 16:01 (UTC +04:00)
TAP kəməri ilə bağlı ABŞ Prezidenti Donald Trampın xüsusi ümidlərini ifadə etməsi ümumən Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə ABŞ-ın prinsipial və davamlı dəstəyinin tərkib hissəsidir.
Aydın Quliyev: Trampın TAP-a birmənalı dəstək və ümidi Azərbaycanın bütün enerji, nəqliyyat və loqistika layihələrinə qlobal dəstək çağırışıdır

Bakı. Samir Əli - Trend:

TAP kəməri ilə bağlı ABŞ Prezidenti Donald Trampın xüsusi ümidlərini ifadə etməsi ümumən Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə ABŞ-ın prinsipial və davamlı dəstəyinin tərkib hissəsidir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Cənub Qaz Dəhlizinin bütün seqmentinin hər birinə ABŞ-ın hərtərəfli dəstək verməsi regional inkişaf, Avropanin enerji təminatının möhkəmləndirilməsi və qlobal enerji balansının yaradılmasında Azərbaycanın siyasətinə və şəxsən Prezident İlham Əliyevin prinsipial tərəfdaşlıq kursuna olan böyük inamın ifadəsidir: "Tramp TAP-ı rəqabətqabiliyyətli kəmər kimi xarakterizə etməklə əslində Azərbaycan Prezidentinin qlobal enerji strategiyasında ən düzgün və perspektivli seçimlər etmək bacarığına qiymət verdi. Azərbaycanın, ABŞ-ın və Avropanın enerji təhlükəsizliyi sahəsində hədəflərinin və prinsiplərinin tam üst-üstə düsdüyü daha bir məqamı gördük. Trampın TAP-a birmənalı dəstək və ümidi eyni zamanda Azərbaycanın bütün enerji, nəqliyyat və loqistika layihələrinə qlobal dəstək çağırışıdır. Çünki Azərbaycanın bütün layihələrinin sülhə, rifaha, dövlətlərarası ədalətli mənafelərə və təhlükəsizliyə xidmət etdiyinə cənab Tramp da əmin olub. Təkcə bu fakt Azərbaycanın beynəlxalq enerji məsələlərində nə qədər etibarlı tərəfdaş olduğunu bir daha sübut edir".

Çox maraqlıdır ki, Tramp İtaliyanın Bas naziri ilə TAP kimi strateji layihəni müzakirə etdiyi vaxtda İrəvanda yalnız İtaliya-Ermənistan münasibətləri kontekstində ikitərəfli məsələlər müzakirə olunurdu. Çünki qlobal mənafelərə töhfələr verməkdə Ermənistanın Azərbaycan qədər potensialı yoxdur və olmayacaq da. Tramp mühüm Avrasiya layihələrinin həyata keçirilməsində Azərbaycanın əvəzsiz rolunu dünyaya bir daha nümayis etdirdi. Bu dəstək Azərbaycan Prezidentinin qlobal düşüncələrinin və addımlarının gələcəkdə ortaya cixa biləcək bütün maneələrdən sığortalanmasında çox təsirli rol oynayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti