...

Sayalı Sadıqova: Dilçilik terminologiyasının nizama salınmasına ehtiyac var

Nəzər nöqtəsi Materials 7 Noyabr 2018 16:58 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Dilçilik İnstitutu yeni nəşr olunan "İzahlı Dilçilik Terminləri Lüğəti"nin təqdimat mərasimini keçirib.

Trend -in məlumatına görə, lüğəti Dilçilik İnstitutunun əməkdaşları -professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova, Şəbnəm Həsənli-Qəribova tərtib edib.

Müəlliflərdən biri olan profesor S.Sadıqova bildirib ki, dilçilik elminin sürətli inkişafı, yeni dilçilik sahələrinin yaranması, bu sahələrdə yaranan terminlərin toplanmasını, onların sistemləşdirilməsini və izahlı dilçilik terminləri lüğətinin tərtibini zəruri edir.

Alimin sözlərinə görə, dilçiliyin müxtəlif sahələri ilə bağlı aparılan tədqiqatlar lüğətin tərtibi üçün zəmin yaradıb.

S.Sadıqova əlavə edib ki, Azərbaycan dilinin dilçilik terminologiyasının nizama salınmasına kəskin ehtiyac duyulur.

Müəllif bildirib ki, lüğətdə elmi monoqrafiyalarda, tədris işində tez-tez rast gəlinən 8500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti