...

Millət vəkili: ABŞ-ın Ermənistana səfər edən vətəndaşlarına xəbərdarlığı bu ölkədə gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır

Nəzər nöqtəsi Materials 13 Dekabr 2018 17:15 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Birləşmiş Ştatların Yerevandakı səfirliyi tərəfindən Ermənistana səfər edən ABŞ vətəndaşlarına təhlükəsizlik riskləri ilə bağlı xəbərdarlıq Ermənistandakı sosial-siyasi gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin faktiki olaraq baş tutmaması, sadəcə saxtalaşdırma vasitəsilə yeni parlamentin əvvəlcədən hazırlanmış siyahı üzrə elan edilməsi, seçicilərin səssiz etiraz üsulu ilə seçkini boykot etməsi onsuz da çoxsaylı problemi olan cəmiyyəti sosial partlayış həddinə yaxınlaşdırıb:

“Belə vəziyyət ciddi qarşıdurma və daxili terrorla daha da şiddətlənə bilər ki, bunun üçün də Ermənistanda ciddi əsaslar və təcrübə var. İşğalçı ölkədə parlamentin gülləbaran edilməsindən başlamış ən müxtəlif terror növlərinə son illərdə rast gəlinib. Çünki bu, cəmiyyəttin səciyyəvi keyfiyyətlərindən biri - terrora meyilli olması, yaxud problemi radikal zorakı metodlarla həll etməyə istəkli olması ilə bağlıdır. Belə olan halda, əlbəttə, ciddi ölkələr öz vətəndaşlarınıı xəbərdar etməlidirlər”.

Deputatın sözlərinə görə, ABŞ-ın ardınca bir sıra başqa sivil ölkələrin də bənzər qərarlar qəbul edəcəyini ehtimal etmək olar:

“Ancaq, əlbəttə, məsələnin sosial tərəfləri ilə bərabər siyasi tərəfləri də var. Heç vaxt siyasi müvazinəti qoruya bilməyən və ciddi siyasi dairələrdə "küçə siyasətçisi" imicini qazanan Nikol Paşinyan seçkidən dərhal sonra yenə növbəti anlaşılmaz bəyanatlar verməyə başladı. Onlardan biri də NATO-ya üzvlüyün Ermənistan üçün prioritet olmaması ilə bağlı idi. Həm seçkinin saxtalaşdırılması, həm də birdən-birə Qərb əleyhinə belə bir fikrin səsləndirilməsi kimi məsələlər, görünür, ABŞ-ın belə bir xəbərdarlıq etmə qərarını siyasi zərurətə çevirib. Ona görə biz bundan sonra da Ermənistanda daha ciddi qarşudurmaları müşahidə edə biləcəyik - bu, həm daxili, həm də dövlətlərarası müstəvidə mümkün ola bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti