...

Sergey Markov: Azərbaycan dünya xalqları arasında beynəlxalq dialoq mərkəzlərindən biridir

Nəzər nöqtəsi Materials 29 May 2019 11:23 (UTC +04:00)
Azərbaycan dünya xalqları arasında beynəlxalq dialoq mərkəzlərindən biridir
Sergey Markov: Azərbaycan dünya xalqları arasında beynəlxalq dialoq mərkəzlərindən biridir

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan dünya xalqları arasında beynəlxalq dialoq mərkəzlərindən biridir.

Trend-in məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Azərbaycan Avropa məkanında” adlı konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan xristian və müsəlman dünyasının, Asiya və Avropanın kəsişməsində yerləşir və buna görə də müxtəlif sivilizasiyalar arasında unikal rol oynayır:

“Biz hamımız dialoqun tərəfdarıyıq. Hər bir xalqın bir sıra problemləri var. Çox vacibdir ki, biz o problemləri başa düşək və onların həlli üçün yolları birgə arayaq. Bizə məlumdur ki, Azərbaycan çox vacib geosiyasi mövqedə yerləşir. Azərbaycanda müntəzəm olaraq beynəlxalq humanitar forumlar keçirilir. Bu tədbirlərdə çox sayda Nobel mükafatları laureatları iştirak edirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti