...

İvi Adamou: Bakı səhnəsi xəyalımda yaratdığım məkandır (FOTO)

Eurovision-2012 Materials 14 May 2012 16:44 (UTC +04:00)
Bakı səhnəsi xəyalımda yaratdığım bir məkandır. Trend-in məlumatına görə, bunu bazar ertəsi "Bakı Kristal Zalı"nda ilk məşqdən sonra keçirdiyi mətbuat konfransında Kiprin "Eurovision 2012" təmsilçisi İvi Adamou deyib.
İvi Adamou: Bakı səhnəsi xəyalımda yaratdığım məkandır (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Bakı səhnəsi xəyalımda yaratdığım bir məkandır. Trend-in məlumatına görə, bunu bazar ertəsi "Bakı Kristal Zalı"nda ilk məşqdən sonra keçirdiyi mətbuat konfransında Kiprin "Eurovision 2012" təmsilçisi İvi Adamou deyib.

İfası haqqında məlumat verən təmsilçi bildirib ki, bu cür mahnılara həyatımızda hər zaman ehtiyac var. O, "La la love you"nun dinamik mahnı olduğunu diqqətə çatdırıb.

Müsabiqədə iştirak edən bütün müğənnilərin ifasını bəyəndiyini deyən kiprli təmsilçi xüsusi favoritinin olmadığını vurğulayıb. İvi Adamou yarışmada arzuladığı qələbəyə nail olmaq üçün Bolqarıstan və Londondan daha çox dəstək gözlədiyini deyib.

"Bakı Kristal Zalı"nın geniş və işıqlı olduğunu vurğulayan Kipr təmsilçisi bildirib ki, Bakı səhnəsi məhz xəyalında yaratdığı bir məkandır. O, səhnədə çoxsaylı tamaşaçı qarşısında çıxış etməkdən xoşbəxt olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti