...

Böyük Britaniyanın əfsanəvi müğənnisinin "Eurovision 2012"-də sevgi nəğməsi (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 00:12 (UTC +04:00)
Böyük Britaniyanın "Eurovision 2012" təmsilçisi Engelbert Hamperdink "Bakı Kristal Zalı"nın səhnəsində birinci sırada çıxış edib.
Böyük Britaniyanın əfsanəvi müğənnisinin "Eurovision 2012"-də sevgi nəğməsi (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Böyük Britaniyanın "Eurovision 2012" təmsilçisi Engelbert Hamperdink "Bakı Kristal Zalı"nın səhnəsində birinci sırada çıxış edib.

Hamperdink "Love Will Set You Free" ("Sevgi səni azad edir") kompozisiyasını ifa edib.

"Romantik kompozisiyamda lirik janrın ən yaxşı musiqi məqamlarını göstərməyə çalışmışam. Belə mahnıların uzün ömür yaşamağa haqqı var və bu mahnı mənim repetuarımda ən yaxşılardandır", - bir müddət əvvəl Hamperdink jurnalistlərə deyib.

Engelbert Hamperdink qarşıdakı müsabiqədə öz uğuruna inanır.

"Mən 1969-cu ildə Lulunun qələbəsini xatırlayıram, 1974-cü ildə müsabiqədə İsveçin "ABBA" qrupu, 1976-cı ildə isə "Brotherhood Of Men" qrupu qalib gəldi. 1997-ci ildə Böyük Britaniya sonuncu dəfə müsabiqədə qalib gəldi. Mən bu uğuru təkrarlamaq istəyirəm", - Hamperdink qeyd edib.

Əsl adı Arnold Corc Dorsi olan Engelbert Hamperdink 1936-cı il mayın 2-də doğulub. 45 illik uğurlu musiqi karyerası var. Onun səsyazıları bu vaxtadək 150 milyon nüsxə ilə satılıb. 4 "Qremmi" mükafatına, 63 qızıl və 24 platin musiqi albomuna sahibdir. O, dünya şou biznesinin varlıları siyahısında 5-ci yerdədir. Engelbert Hamperdink bu vaxtadək 80 musiqi albomu təqdim edib.

Britaniyada müğənnini "Romansın kralı" adlandırırlar. 2010-cu ilin oktyabrında müğənni Hollivudda nüfuzlu "Musiqi əfsanəsi" mükafatına layiq görülüb. Bu mükafat ABŞ-ın Gənc Musiqiçilər Cəmiyyəti tərəfindən dünya estradasının ən görkəmli nümayəndələrinə təqdim edilir. Engelbert Hamperdink dəfələrlə kinoya çəkilib.

Xəbər lenti

Xəbər lenti