...

İranın " Shahed "i uçuşa hazırdır

Dünya xəbərləri Materials 23 Sentyabr 2007 15:07 (UTC +04:00)

İran İslam Respublikası müdafiə nazirliyi yerli istehsalın məhsulu olan yeni müasir pilotsuz qırıcı təyyarənin təqdimetmə mərasimini keçirib. Bu haqda xəbəri Farsnyus.com yayıb.

İİR-in yüksək rütbəli ordu məmurunun şənbə günü bildirdiyinə görə , radarlarda qeydə alınmayan təyyarə saatda 700 km . s ürəti açmağa malikdir .

Bu münasibətlə keçirilmiş xüsüsi mətbəat konfransında İran silahlı qüvvələrinin logistika və təhqiqatlar üzrə nümayəndəsi Mühamməd Reza Naqdi deyib ki , müxtəlif məqsədlərlə istifadə oluna bilər , əsasən də kəşfiyyatda . İslam inqilabı qvardiya korpusunun keçmiş başçısı general-mayor Yəhya Rahim Səfəvinin əlavəsinə görə , bu təyyarə həmçinin istənilən ərazi haqqında məlumat yığır , şəkil çəkir və göndərir . Onun sözlərinə görə , artıq istifadəyə hazır olan yeni təyyarə " düşmən dalğası və atəşindən çox ustalıqla qaçmaq imkanı var".

Xəbər lenti

Xəbər lenti